Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 905 579 təşkil edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yanvar-oktyabr aylarında ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 7,5 % artaraq 62 779 olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 6,8 % artımla 248 695 təşkil edib.
Mənbə: report.az