Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə növbədənkənar parlament seçkilərinin 2026-cı ilin payızında keçirilə biləcəyini bildirib.
"Report" xəbər verir ki, o bu barədə "Blic TV" telekanalının efirində məlumat verib.
"Bu il bizdə seçkilər baş tutacaq. Düşünürəm ki, bütün seçkilər payızda keçiriləcək. Mənə elə gəlir ki, bu daha ehtimal olunan variantdır", - A.Vuçiç deyib.
Prezident və parlament seçkilərini birləşdirmək məqsədilə prezident postundan istefa verə biləcəyi ilə bağlı sualı cavablandırarkən, Vuçiç belə bir ssenarini istisna etmədiyini bildirib. Bununla yanaşı o, prezidentlik səlahiyyətlərinin müddətini qısaltmaq niyyətində olmadığını vurğulayıb və artıq vəziyyətin inkişafının müxtəlif variantlarını nəzərdən keçirdiyini qeyd edib.