IMG-LOGO

Azərbaycanın gimnastları dünya çempionatında qızıl medal qazanıblar

06 Nov 2026 17:00 3 baxış
IMG

Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Belə ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq üzə yığma ən yüksək nəticəni göstərərək qızıl medala sahib çıxıb.

Komanda Danimarka seçməsini 1 xal qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mənbə: report.az

Xəbər lenti