IMG-LOGO

Kassir paketi gec verdi, marketin administratoru döyüldü - BAKIDA

06 Nov 2026 15:58 5 baxış
IMG
1 0

Bakıda supermarketdə insident yaşanıb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb.

23 yaşlı Səid Bağırov (şərti adla) qohumu olan xanımla supermarketdə olarkən kassada problem yaranıb. Belə ki, Səidin yanındakı xanım kassir qızdan paketi cəld verməsini istəyib. Kassir isə ona səbrli olmasını deyib. Bu zaman qadınla kassir arasında mübahisə yaranıb. Onların mübahisəsini görən marketin administratoru, Fərid Dadaşov (şərti adla) yaxınlaşaraq, müdaxilə edib və xanımı kassadan uzaqlaşdırmağa çalışıb.

Lakin Fəridin hərəkəti Səidin xoşuna gəlməyib. O, administratora irad bildirərək, əli ilə sifətinə zərbələr vurub. Nəticədə F. Dadaşov bir sıra yüngül xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, Fərid Dadaşovla barışmaq istəsə də, zərərçəkən şəxs bundan imtina edib. O, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən F. Dadaşov da ifadəsində təqsirləndirilən şəxslə barışmadığını və şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Səid Bağırov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hadisələr kriminal xəbərlər kriminal hadisələr cinayət işləri məhkəmə işləri məhkəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti