IMG-LOGO

"Kommersant": Rusiya regionlarının büdcələrində rekord səviyyədə kəsir formalaşıb

26 Feb 2026 04:46 3 baxış
IMG

Rusiyanın regionlarının (yerli büdcələr nəzərə alınmadan) konsolidasiya olunmamış büdcələrinin ümumi kəsiri 2025-ci ilin yekunlarına görə 1 trilyon rubldan çox artaraq 1,478 trilyon rubl (təxminən 18,8 milyard ABŞ dolları) səviyyəsində formalaşıb.

"Report"un məlumatına görə, bu rəqəmlər Rusiyanın aparıcı Analitik Kredit Reytinqi Agentliyinin (AKRA) ekspertlərinin hesablamalarına istinadən "Kommersant" qəzeti tərəfindən təqdim edilib.

Nəşr qeyd edib ki, bu göstərici 2024-cü ildəki rəqəmdən (407 milyard rubl) 3,6 dəfə çoxdur və bütün müşahidə dövrü ərzində rekord göstəricidir.

"Kəsirin artması subyektlərin xərclərinin artım tempinin daxilolmaların artım tempini iki dəfədən çox üstələməsi səbəbindən baş verib. 22,6 trilyon rubl gəlir (2024-cü ilə nisbətən + 4 %) fonunda regionların xərcləri 24,1 trilyon rubl (+ 9 %) təşkil edib", - materialda qeyd olunub.

Qəzet vurğulayıb ki, ötən ili Rusiya Federasiyasının 74 regionu kəsirlə başa vurub, halbuki 2024-cü ilin yekunlarına görə belə regionların sayı daha az – 50 idi. Mütləq ifadədə ən böyük kəsir Moskvada (229 milyard rubl), Yamalo-Nenets (84 milyard) və Xanti-Mansi muxtar dairələrində (72 milyard rubl) qeydə alınıb.

Xəbər lenti