IMG-LOGO

KİV: İran uranın zənginləşdirilmə səviyyəsini 3,67 %-ə endirməyə razılıq verib

26 Feb 2026 00:12 2 baxış
IMG

İran uranın zənginləşdirilmə səviyyəsini 60 %-dən 3,67 %-ə endirməyə razılıq verib – bu rəqəm 2015-ci il nüvə sazişində razılaşdırılan göstəriciyə uyğundur.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Kan" telekanalı ərəb diplomatına istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran yeni nüvə sazişi təklifləri çərçivəsində bütün zənginləşdirmə fəaliyyətini yeddi il müddətinə müvəqqəti dayandırmağa razılaşıb.

"Lakin bu təklifə əsasən, İranın mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatları ölkə daxilində qalacaq və xaricə göndərilməyəcək", – materialda qeyd olunub.

Hazırda söhbət təxminən 440 kq 60 %-lik yüksək zənginləşdirilmiş urandan gedir. Telekanal vurğulayıb ki, bu miqdar təxminən 10–20 ədəd nüvə başlığı istehsal etmək üçün kifayətdir və bu, şübhəsiz ki, istənilən nüvə sazişinin ən mühüm aspektidir.

Xəbər lenti