IMG-LOGO

Əraqçi: İran raketlərinin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb

25 Feb 2026 23:01 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran yerli raketlərin hazırlanması zamanı onların uçuş məsafəsini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb.

"Report" xəbər verir ki, Əraqçi bu barədə "India Today"ə müsahibəsində ABŞ Prezidenti Donald Trampın İslam Respublikasının ABŞ-yə qədər çata biləcək yeni raketləri barədə bəyanatı ilə bağlı sualı cavablandırarkən bildirib.

"Fikrimcə, hazırda Tramp, təəssüf ki, özü saxta xəbərlərin qurbanına çevrilib. Biz bu cür raketlər hazırlamırıq. Biz raketlərimizin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırmışıq. Bu yalnız özünümüdafiə üçündür. Raketlərimiz ötən iyunda olduğu kimi, yalnız özümüzü qorumağa kömək edir", - Əraqçi deyib.

Xarici işlər naziri əlavə edib ki, Tehran özünümüdafiə üçün öz raketlərini hazırlamağı tamamilə qanuni fəaliyyət hesab edir.

Xəbər lenti