IMG-LOGO

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Feb 2026 19:03 4 baxış
IMG

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək.

"Report"un Balkan bürosunun əldə etdiyi məlumata görə, səfər mart ayında baş tutacaq.

Səfərin məqsədi martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak etməkdir.

Xəbər lenti