IMG-LOGO

Avtobusun vurduğu piyada öldü

12 Feb 2024 10:45 82 baxış
IMG

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Əbülfəz Əlləzov 217 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla Sabunçu rayonu, Şəhər Yolu şosesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Elsevər Nəsirovu vurub. Yaralı müalicə aldığı xəstəxana həyatını itirib. 

Faktla bağlı Sabunçu RPİ-də araşdırılma aparılır. 

 

Mənbə: lent.az

Xəbər lenti