Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, saxlanılanlarla bağlı adam öldürməyə cəhd, qəsdən yandırma, dövlət və xüsusi əmlaka ziyan vurma faktları üzrə istintaq aparılır.
Qeyd edək ki, daha əvvəl Seuta anlkavının rəhbəri Xesus Vivas Lara son bir neçə saat ərzində şəhərə 60 min miqrantın gəldiyini bildirmişdi.
Mənbə: report.az