Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ikinci təsəlliverici görüşündə məğlub olub.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı ABŞ-dən olan Kuper Deputiyə 1:12 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
H.Rzazadə ilk təsəlliverici görüşdə iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
11:32
Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk təsəlliverici görüşündə qalib gəlib.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Mənbə: report.az