PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin anası Fayza Lamari ilə "Real" rəhbərliyi arasında münaqişə yaranıb.
Lent.az bildirir ki, bu barədə “Marca” xəbər yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun agenti kimi fəaliyyət göstərən Lamari Mbappenin buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir. Qeyd olunur ki, “Real” transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.
Fevralın 3-də Mbappenin 2024-cü ilin yayında PSJ-dən “Real”a keçməyə qərar verdiyi bildirilib. Lakin sonradan məlum olub ki, müqavilənin razılaşdırılmasında çətinliklər ucbatından sövdələşmə pozula bilər.
Mbappe Fransa millisi ilə 2018-ci il dünya çempionu, həmçinin PSJ və “Monako” ilə 6 qat ölkə çempionudur. Futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.