Suraxanıda intihar hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Pərvin Abdullayev yaşadığı evin həyətində pilləkən mühəccirində iplə özünü asıb.
İlkin məlumata görə, o, sərxoş vəziyyətdə olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğundan araşdırma aparılır.