IMG-LOGO

Qubada maşın ağaca çırpıldı, ölənlər var - YENİLƏNİB

11 Feb 2024 21:08 131 baxış
IMG

Quba-Xaçmaz yolunda baş verən ağır qəzada ölənlərin və yaralananların adları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Sürücü Fərhad İbrahimov və sərnişinlər - Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.

Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

***

Saat 20:37

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti