IMG-LOGO

Füzuli şəhərində torpaq uçqunu oldu, bir nəfər... -VİDEO

11 Feb 2024 13:48 65 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.

Mənbə: lent.az

Xəbər lenti