IMG-LOGO

Bəqai: İran ABŞ ilə qarşıdan gələn danışıqlarla bağlı mövqeyini formalaşdırır

23 Feb 2026 12:40 2 baxış
IMG

İran ABŞ ilə Tehranın nüvə proqramı üzrə qarşıdan gələn danışıqlara dair mövqeyini formalaşdırır.

"Report" "Tasnim news"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib.

"Biz öz baxış bucağımızı formalaşdırırıq. Sanksiyaların ləğvi və nüvə danışıqları məsələsində mövqeyimiz aydındır. ABŞ-nin mövqeyi də bizə yaxşı məlumdur. İstənilən danışıqlar prosesi birgə işdir. Hazırda mövqeyimiz formalaşdırılma mərhələsindədir və növbəti iki-üç gün ərzində daha bir raund keçirəcəyimizə ümid edirik", - o qeyd edib.

Bununla yanaşı, Bəqai deyib ki, birtərəfli güzəştlərə məcbur etməyə yönəlmiş istənilən danışıqlar nəticə verməyəcək.

"İran diplomatik yolla irəliləməkdə, öz baxış bucağının legitimliyini müdafiə etməkdə qətiyyətlidir. Qarşı tərəfin də belə bir nəticəyə gəlməsi vacibdir: İranın nüvə proqramı dinc xarakterlidir. Etimadın möhkəmləndirilməsi tamamilə mümkündür, çünki indiyədək proqramımızdan heç bir sapma müşahidə olunmayıb", - o vurğulayıb.

Qeyd edək ki, İran və ABŞ arasında məsləhətləşmələrin növbəti raundunun fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılıb.

Xəbər lenti