IMG-LOGO

SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb

06 Nov 2026 18:48 2 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ-nin növbəti "MQ-1" pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl ABŞ-nin 16-cı "MQ-1" pilotsuz uçuş aparatı Qeşm adası səmasında SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib", - bəyanatda deyilir.

SEPAH-ın məlumatına görə, vurulan aparat ABŞ ordusunun "MQ-1" ailəsinə məxsus kəşfiyyat-zərbə pilotsuz uçuş aparatıdır.

Mənbə: report.az

Xəbər lenti