Ağstafada zəhərlənmə hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.
Faktla bağlı araşdırma aparılır.
***
Noyabrın 6-da saat 13:10-də 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir.
HadisələrMənbə: lent.az