Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə ay əvvəl infarkt keçirən aktyor qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Cem Yılmaz səhhətinin hazırda yaxşı olduğunu bildirib. Daha sonra jurnalistlər ondan şəxsi həyatı barədə soruşublar.
"Həyatınızda kimsə varmı?" sualına aktyor özünəməxsus yumor hissi ilə cavab verib:
"Münasibətim yoxdur, həkimim qadağan edib".
Komediya aktyorunun bu sözləri sosial şəbəkələrdə marağa səbəb olub.
Qeyd edək ki, Cem Yılmaz bir neçə ay əvvəl evində infarkt keçirərək xəstəxanaya yerləşdirilib. O, müalicədən sonra bir müddət evində istirahət edib.
Cem Yılmaz həkim qadağasıMənbə: lent.az