IMG-LOGO

Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək

06 Nov 2026 19:27 3 baxış
IMG

Fransa 2027-ci il yanvarın 1-dən NATO missiyası çərçivəsində Ukraynaya yardımın çatdırılması üçün əsas qovşaq olan Polşanın Jeşuv-Yasenka hava limanı ərazisində hava hücumundan müdafiə (HHM) funksiyalarını öz üzərinə götürəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Polşadakı səfiri Etyen de Ponsen bildirib.

"Yanvarın 1-dən Fransa NATO çərçivəsində Jeşuv ərazisində HHM funksiyalarını öz üzərinə götürəcək, bu da həmin məqsədlə Fransa texnikasının istifadə edildiyi ilk hal olacaq", - diplomat deyib.

Onun sözlərinə görə, Fransanın HHM sistemləri ABŞ-nin "Patriot" kompleksləri ilə birgə fəaliyyət göstərəcək. Bu, iki sistemin uyğunluğunu yoxlamağa imkan verəcək. Səfir Fransanın bu ərazidə HHM-ni nə qədər müddət təmin edəcəyini qeyd etməyib.

Hazırda Jeşuv-Yasenka hava limanı Niderlandın "Patriot" sistemləri tərəfindən qorunur. İsveç isə, gələn ay öz komplekslərini yerləşdirməyi planlaşdırır.

Mənbə: report.az

Xəbər lenti