IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib

06 Nov 2026 18:23 2 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib.

"Report"un məlumatına görə, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərmaş Abşeron" - "Naxçıvan" oyununda Naxçıvan təmsilçisi 3:0 (25:20, 25:13, 25:12) hesablı qələbə qazanıb.

"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalında gerçəkləşən "Milli Aviasiya Akademiyası" - "Gəncə" matçında isə ev sahibləri qalib gəliblər - 3:0 (25:22, 25:17, 25:19).

Mənbə: report.az

Xəbər lenti