IMG-LOGO

Zaxarova Rusiyanın Venesuelanın dövlətçiliyinin qorunmasına kömək etdiyini bildirib

22 Feb 2026 19:21 3 baxış
IMG

Rusiyanın mövqeyi Venesuelanın dövlətçiliyini qoruyub saxlamağa kömək etdi.

"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, indi Karakasla "menyuda olan tərəf" kimi danışmırlar.

"Siz yaxşı başa düşürsünüz ki, Rusiyanın illərdir davam edən və indiki mövqeyi olmasaydı, Venesuela dövlətçiliyindən də çox az şey qalardı. Onlarla danışıqlar aparmazdılar, onlarla qərblilərin dəfələrlə ifadə etdiyi kimi - "menyuda olanlar" kimi davranardılar. İndi isə onlarla danışıqlar masasında ünsiyyət qururlar. Arada fərq var", - deyə diplomat iddia edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri paytaxt Karakas da daxil olmaqla, Venesuela ərazisindəki obyektlərə kütləvi aviasiya və raket zərbələri endirib. Daha sonra helikopterlərlə desant çıxaran xüsusi təyinatlı qrup ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək ABŞ-yə aparıb. Amerika hakimiyyəti Maduroya və həyat yoldaşına qarşı narkotik ticarətində iştirak ittihamı irəli sürüb.

Sonradan Ağ Ev rəhbəri Donald Tramp bəyan edib ki, ABŞ "hakimiyyətin lazımi keçidini" həyata keçirənə qədər Venesuelada qalacaq və Bolivar Respublikasının gələcəyi ilə bağlı məsələlərin həllində iştirak edəcək.

Xəbər lenti