İranın xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi arasında telefon danışığı olub.
"Report" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, tərəflər İran və ABŞ arasında dolayı danışıqlarla bağlı son hadisələri müzakirə ediblər.
Bu kontekstdə Əraqçi və Qrossi İranın nüvə proqramı üzrə danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar.
"Tərəflər həmçinin konstruktiv əməkdaşlığın və möhkəm qarşılıqlı anlaşmaya nail olunmasının vacibliyini qabardıblar", - məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundu keçirilib. "Tərəflər ümumilikdə bir sıra baza prinsiplərini razılaşdırıblar və mümkün sazişin mətni üzərində işləməyə başlamaq niyyətindədirlər" , - Əraqçi bildirib.