İsrail-ABŞ bombardmanları nəticəsində yüzlərlə iranlı dinc sakin, o cümlədən 200-dən çox uşaq həlak olub.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"Ərazilərində Amerika qoşunları yerləşdirilmiş və İrana hücumlara yol verən bəzi dövlətlər də bu qırğını fəal şəkildə təşviq edirlər",- o bildirib və əlavə edib ki, bu məsələ ilə bağlı ölkələrin mövqeyi aydınlaşdırılmalıdır.