Yaponiya 2025-ci il avqustun 8-i keçirilən tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayır.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - imperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.
Səfirin sözlərinə görə, 2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən tarixi il olub.
"Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən Cənubi Qafqazda dayanıqlı sülh naminə birgə bəyannamə imzalanıb. Yaponiya regionda dayanıqlı sülh və sabitlik yolunda atılan bu mühüm addımı alqışlayır", - o vurğulayıb.