"Vəkillik fəaliyyəti" kitabı Azərbaycanda vəkillik institutunun formalaşmasına, eləcə də vəkil institutunun inkişafına mühüm töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov "Vəkillik fəaliyyəti" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, əgər vətəndaşlar öz hüquqlarını müdafiə etmirlərsə, hüquqi mexanizmlərin təsiri də zəifləyir:
"Bu baxımdan, Azərbaycanda vəkillik fəaliyyətinin dəyəri düşündüyümüzdən qat-qat yüksəkdir. Lakin vətəndaşın öz hüquqlarını müdafiə edə bilməsi üçün peşəkar hüquqi dəstəyə də ehtiyacı var. Məhz bu hüquqi dəstək mexanizminin formalaşdırılması missiyasını vəkillik fəaliyyəti həyata keçirir".