Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu Məmmədov dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
14:37
Şəmkir rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Yolçu Sarı oğlu Məmmədovla vida mərasimi keçirilib.
"Report"un Qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Y.Məmmədov 1966-cı il martın 8-də Şəmkirin Seyfəli kəndində anadan olub. 1992-cü il iyunun 13-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
Y.Məmmədov doğulduğu kənddə dəfn olunacaq.