IMG-LOGO

Rəsmi Bakı diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı Sloveniyanı təbrik edib

20 Feb 2026 13:07 4 baxış
IMG

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Sloveniya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edilib.

"Report" xəbər verir ki, paylaşımda qeyd olunub:

"Biz Azərbaycan ilə Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sloveniya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ikitərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətimizi bir daha təsdiqləyirik".

Xəbər lenti