IMG-LOGO

Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"

06 Nov 2026 20:46 4 baxış
IMG

"Qarabağ" futbolçuları Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"la oyuna məsuliyyətlə yanaşıb.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi sözügedən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ilk öncə Zəfər bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib:

"Bu, "Zəfər turu"dur. İgidlərimizin böyük zəfəri münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən də, qürurlu günlər idi. O ki, qaldı bugünkü oyuna, daha yaxşı çıxış edə bilərdik. Qalib gəlmək istəyirdik. Futbolçuların məsuliyyətindən, matça yanaşmasından razı qaldım. Düşünülmüş yaxşı hücumlarımız oldu, texniki səhvlər az idi. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan kollektivlə qarşılaşırdıq. Nəticəyə baxmayaraq, yolumuza davam edəcəyik. Stadionda gözəl futbol atmosferi yaratdıqları üçün azarkeşlərə təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaranacaq fasilədən faydalanmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" qarşılaşması Tovuz kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.

Mənbə: report.az

Xəbər lenti