ABŞ-nin Florida ştatının Senatı ABŞ Prezidenti Donald Trampın Palm-Biçdəki iqamətgahının yaxınlığında yerləşən hava limanının Ağ Evin rəhbərinin şərəfinə adının dəyişdirilməsini təsdiqləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu qanunvericilik orqanının dərc etdiyi səsvermə nəticələri təsdiqləyir.
Adın dəyişdirilməsinin lehinə Senatın 25 üzvü səs verib, 11 nəfər əleyhinə çıxıb, üç nəfər bitərəf qalıb.
Qeyd edək ki, fevralın 17-də hava limanının adının dəyişdirilməsini Floridanın Nümayəndələr Palatası təsdiqləyib. Hava limanı "President Donald J. Trump International Airport" və "Donald J. Trump International Airport" adlarını ala bilər.
"CBS News" telekanalı qeyd edib ki, indi qanun layihəsini ştatın qubernatoru, respublikaçı Ron Desantis, həmçinin ABŞ Federal Mülki Aviasiya İdarəsi təsdiqləməlidir.