IMG-LOGO

İtkin-şəhidin qardaşı oğlu: Əmimin məzarının olması ailəmiz üçün təsəllidir

20 Feb 2026 10:48 6 baxış
IMG

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynovun adını daşıyan qardaşı oğlu 34 ildən sonra əmisinin məzarının olmasının ailələri üçün təsəlli olduğunu bildirib.

O, "Report"a açıqlamasında deyib ki, illərdir ailəliklə onun yolunu gözləyiblər:

"34 ildir əmimdən xəbər yox idi, yolunu gözləyirdik. Biz onunla fəxr edirik. 34 ildən sonra əmimin məzarının olması ailəmiz üçün təsəllidir. Allah şəhidlərimizə rəhmət eləsin!"

Qeyd edək ki, R.Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Xəbər lenti