Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavanşir Həsənov dəfn edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Balakənin Şəhidlər xiyabanında dəfn olunub.
16:28
Balakəndə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cavanşir Həsənovla vida mərasimi keçirilib.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Balakən rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
C.Həsənov Balakən rayonu Şəhidlər xiyabanında dəfn ediləcək.

