Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn edilib.
"Report"un Cənub bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.
14:19
Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
N.Dənziyev doğulduğu kənddə dəfn ediləcək.



