Ailəsi 34 il ərzində hər gün onun yolunu gözləyirdi.
Bunu "Report"un Muğan bürosuna açıqlamasında fevralın 19-da Cəlilabad şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevin həyat yoldaşı Qənimət Quliyeva deyib.
O, bu gün qarışıq hisslər keçirdiklərini vurğulayıb:
"Bilmirik sevinək, yoxsa kədərlənək. 34 ildir onu ziyarət edəcək bir yerimiz yox idi. Mahirdən bir xəbər öyrənmək üçün hər gün dua edir, yalvarırdıq. Min şükür, gözümüz yollardan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin".