Fici adasının şərq sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri okeanda, 130 mindən çox insanın yaşadığı Vanua-Levu sahillərindən 100 kilometr şərqdə, ocağı təxminən 530 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.