IMG-LOGO

Ukrayna və ABŞ-nin nazirləri maye qaz təchizatını və nüvə enerjisini müzakirə ediblər

19 Feb 2026 00:28 3 baxış
IMG

Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ABŞ-nin energetika katibi Kris Raytla görüşüb.

"Report"un məlumatına görə, D.Şmıqal bu barədə teleqram kanalında yazıb.

Onun sözlərinə görə, tərəflər ölkələr arasında energetika tərəfdaşlığı perspektivlərini müzakirə ediblər və gələcək enerji müqaviləsi üzərində işləmək barədə razılığa gəliblər.

Nazir üç sahədə əməkdaşlıq planlarını açıqlayıb: Amerikanın mayeləşdirilmiş təbii qazının Ukraynaya təchizatı, Ukraynanın qaz ötürmə sistemindən, yeraltı qaz anbarlarından istifadə və nüvə enerjisində tərəfdaşlıq.

"Amerikanın mayeləşdirilmiş təbii qazının təchizatı. Bunun üçün ən effektli vasitə "Şaquli Qaz Dəhlizi"dir - tutumu daha da genişləndirilə bilən mövcud marşrut", - paylaşımda bildirilir.

Onun sözlərinə görə, Ukrayna qaz ötürmə sistemindən və yeraltı qaz anbarlarından istifadə sahəsində strateji tərəfdaşlıq, xüsusən Rusiya qazının tədricən dayandırılması gözlənildiyi nəzərə alınmaqla, ABŞ-nin bölgəyə mayeləşdirilmiş təbii qaz tədarükü üçün əlavə imkanlar yarada bilər.

"Nüvə energetikası. ABŞ ilə nüvə sektorunda əməkdaşlıq, xüsusən qabaqcıl Amerika texnologiyalarının tətbiqi baxımından Ukrayna üçün strateji əhəmiyyət kəsb edir. Ukrayna Amerika nüvə sektorundan həlində maraqlıdır", - D.Şmıqal əlavə edib.

Xəbər lenti