IMG-LOGO

Ağ Ev: İranla danışıqlarda kiçik irəliləyiş var

18 Feb 2026 23:23 3 baxış
IMG

ABŞ və İran arasında danışıqlarda kiçik irəliləyiş qeydə alınıb, lakin iki tərəf hələ də razılığa gəlməkdən uzaqdır.

"Report"un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqində bildirib.

"Dünən kiçik irəliləyiş oldu. Lakin bəzi məsələlərdə hələ də çox uzaqdayıq", - o, Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlara toxunaraq deyib.

"Mənim bildiyimə görə, iranlılar yaxın bir neçə həftə ərzində bəzi detallarla qayıdacaqlar. Buna görə də Prezident (ABŞ) hadisələrin necə inkişaf etdiyini izləməyə davam edəcək", - o, qeyd edib.

O, həmçinin qeyd edib ki, İrana zərbə endirilməsinin lehinə bir çox arqumentlər var: "Lakin Prezident Tramp diplomatiyaya üstünlük verir. İranın saziş bağlamaq ağıllı olardı".

Xəbər lenti