Xilasedicilər ABŞ-nin Kaliforniya və Nevada ştatlarının sərhədindəki Taho gölü yaxınlığında qar uçqunu nəticəsində qalmış səkkiz xizəkçinin meyitini tapıblar.
"Report"un məlumatına görə, bu barədə "Fox News" xəbər verib.
Uçqun məşhur dağ xizək məkanı olan Taho gölünün şimal-qərbindəki Kasl-Pik ərazisindəki Traki şəhəri yaxınlığında, xüsusi təchiz olunmuş yollardan kənarda xizək sürmək üçün nəzərdə tutulan yolda baş verib. Nəticədə 10 xizəkçinin itkin düşdüyü, daha 6 nəfərin ərazidə qaldığı, xilasetmə işlərini gözlədiyi bildirilib.
Agentlik itkin düşmüş qalan xizəkçilərin axtarışının davam etdiyini açıqlayıb.