IMG-LOGO

Qrossi: İranda 440 kq 60 %-dək zənginləşdirilmiş uran olar bilər

18 Feb 2026 22:55 3 baxış
IMG

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, İran ərazisində təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran ola bilər.

"Report" xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi "Foreign Policy" jurnalına müsahibəsində bildirib.

"Son məlumatlara görə, təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran mövcud ola bilər. Bu da o deməkdir ki, orada böyük nüvə materialları ehtiyatı var", - o deyib.

Qrossi qeyd edib ki, hazırda AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişi yoxdur.

"Məhz buna görə də, digər məsələlərlə yanaşı, bu girişin bərpası çox vacibdir. Başqa bir məqam da var: nüvə materialları hələ də oradadır", - agentliyin direktoru bildirib.

"Onların başqa yerə yönləndirilmədiyini və ya haradasa gizlədilmədiyini yoxlamaq üçün ora geri qayıtmalıyıq", - Qrossi əlavə edib.

AEBA-nin məlumatına görə, nüvə silahı istehsal etmək üçün uran 90 %-ə qədər zənginləşdirilməlidir, bir nüvə başlığının yaradılması üçün isə nəzəri cəhətdən təxminən 42 kq 60 %-ə qədər zənginləşdirilmiş uran kifayətdir.

Xəbər lenti