IMG-LOGO

Hava kəskin dəyişəcək, güclü qar yağacaq - XƏBƏRDARLIQ

18 Feb 2026 19:12 4 baxış
IMG
0 0

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

 

 

Hava proqnozu

Xəbər lenti