IMG-LOGO

"Axios": ABŞ dövlət katibi Raul Kastronun nəvəsi ilə Kubanın gələcəyi barədə gizli şəkildə danışıqlar aparır

18 Feb 2026 18:49 4 baxış
IMG

ABŞ dövlət katibi Marko Rubio Kubanın Dövlət Şurası və Nazirlər Şurasının keçmiş sədri (2008-2018-ci illər) Raul Kastronun nəvəsi Raul Qilyermo Rodriqes Kastro ilə Kubanın gələcəyi barədə gizli şəkildə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, danışıqlar Kuba hökumətinin rəsmi kanallarından kənar aparılır.

"Mən bunu danışıqlardan çox, gələcəyin müzakirəsi adlandırardım", - mənbədə deyilib.

Qeyd olunub ki, ABŞ liderinin nümayəndələri digər nüfuzlu kubalılarla da ünsiyyətdə olublar, lakin məhz Raul Qilyermo Rodriqes Kastro ABŞ-nin əlaqələr qurmalı olduğu əsas fiqur kimi nəzərdən keçirilir.

Xəbər lenti