Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 06:04
İftar (orucun açılması): 18:34
Lent.az Ramazan ayının birinci gününün iftar duasını təqdim edir:
"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!
Allah orucunuzu qəbul etsin!
Ramazan ayı ramazanın birinci günü ramazan duası ramazan ayının birinci gününün duası