Ötən il Azərbaycan 40,6 milyon ABŞ dolları dəyərində 30 min 252 ton sürtkü yağları ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 41 % azdır.
Hesabat dövründə Azərbaycan İraqa 5,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % az) 3 min 869 ton (-28 %), Ukraynaya 5,1 milyon ABŞ dolları dəyərində (-57 %) 4 min 209 ton (-62 %), Bolqarıstana 4,1 milyon ABŞ dolları dəyərində (-55 %) 3 min 946 ton (-55 %), Türkiyəyə 2,5 milyon ABŞ dolları dəyərində (-26 %) 2 min 285 ton (-24 %), Estoniyaya 2,45 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 1 min 690 ton (+7 dəfə) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Panama (68 min ABŞ dolları dəyərində 45 ton) və Venesuelaya (182 min ABŞ dolları dəyərində 189 ton) tədarük həyata keçirilib.