IMG-LOGO

"SOCAR Polymer" ötən il istehsalı 33 % artırıb

18 Feb 2026 16:15 3 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Polymer" şirkəti 2025-ci ildə 97 min ton hazır məhsul istehsal edib.

"Report" "SOCAR Polymer"ə istinadən xəbər verir ki, istehsal həcmi 2024-cü il illə müqayisədə 33 % artıb.

Ötən il zavodun istehsal etdiyi məhsulun 78,4 %-i və yaxud 76 min tonu Türkiyə və Avropa bazarlarına ixrac edilib, qalanı yerli bazara yönəldilib.

"SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Zavodu 18 fevral 2019-cu ildə istismara verilib. YSPE bu gün qeyri-neft sənayesinin, kiçik və orta biznes subyektlərinin inkişafına, ixrac potensialının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.

Xəbər lenti