Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xəttin bərpası ilə bağlı təmir işi görüləcək:
"Ərazidə su axıntısı ilə bağlı məlumat Binəqədi rayon Sukanal İdarəsinə verilib. Ünvana briqada cəlb ediləcək, axıntının yeri müəyyənləşdirildikdən sonra xəttin təmiri və bərpası istiqamətində işlər görüləcək".
***
15:01
Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.
Lent.az-a müraciət edən sakinlər bildirir ki, 10 gündən çoxdur içməli su borusu partlayaraq, küçəyə axır.
Bu səbəbdən də yollar palçıq olub, gediş-gəliş çətinləşib. Onlar müvafiq quruma dəfələrlə müraciət etsələr də, hələ ki, məsələyə baxılmayıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, hazırda araşdırma aparılır, nəticə ilə bağlı əlavə məlumat veriləcək.
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Binəqədi Su borusu partlayıb Gülüstan