IMG-LOGO

Masallı Sənaye Məhəlləsində plastik taralar istehsal ediləcək

18 Feb 2026 13:50 3 baxış
IMG

"Azmer Group" MMC-yə Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin icra edəcəyi layihənin investisiya dəyəri 1,3 milyon manatdır. Layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.

Hazıda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti rezident statusuna malikdir. Onlar ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradıb.

Fatimə Bağırova

Xəbər lenti