IMG-LOGO

Elvin Hüseynov: Bu il "YAŞAT" Fondu artıq dörd layihə həyata keçirib

18 Feb 2026 12:36 3 baxış
IMG

2026-cı ildə "YAŞAT" Fondu tərəfindən artıq dörd layihə həyata keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan "Ağbulaq" İstirahət Mərkəzində şəhid övladları üçün təşkil olunan "Qış düşərgəsi"nin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O qeyd edib ki, düşərgəyə cəlb olunan uşaqlar burada xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostluqlar qazanır və asudə vaxtlarını səmərəli şəkildə keçirirlər:

"YAŞAT" Fondu müxtəlif sosial layihələr həyata keçirir və "Qış düşərgəsi" də həmin işlərdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvanda, "Ağbulaq" İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlirik. Hesab edirik ki, belə layihələr davamlı olmalıdır. Çünki sosial təşəbbüslər insanların sosiallaşmasına, dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir. 2026-cı ilin hələ başlanğıcı olmasına baxmayaraq, Fond artıq sayca dördüncü layihəsini uğurla həyata keçirib. İnanırıq ki, bundan sonra da analoji sosial layihələr ardıcıl şəkildə davam etdiriləcək".

Xəbər lenti