IMG-LOGO

Vüsalə Mahirqızı: Azərbaycanda xəbərdəki səhvləri düzəldən bir çox elektron alətlər yenilənməlidir

18 Feb 2026 12:48 3 baxış
IMG

Azərbaycanda istifadə edilən xəbərdəki səhvləri düzəldən bir çox elektron alətlər yenilənməlidir.

"Report" xəbər verir ki, bunu "APA Media Group"un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda onlayn mediada Azərbaycan dilində olan sözlərin düzgün yazılışını yoxlayan alətlərdən geniş istifadə edilir:

"Lakin həmin alətlər keçmişdə yaradılıb. Onlar yaradılanda Azərbaycanda hələ süni intellekt geniş istifadə olunmurdu. Nəticədə həmin alətlərdə yenilənmiş qaydalar nəzərə alınmayıb. Dilçilik İnstitutu bu elektron alətləri yeniləyə və ya yenidən yarada bilər".

V.Mahirqızı kütləvi əlçatanlıq baxımından lüğətlərin elektronlaşdırılmasının da vacibliyini vurğulayıb:

"Orfoepiya lüğətinin elektronlaşdırılması da zəruridir. Bu həm televiziya aparıcıları, həm də dilimizi yeni öyrənənlər üçün faydalı olacaq".

Xəbər lenti