Avstriya prokurorluğu 2024-cü ildə dünya şöhrətli müğənni Teylor Sviftin Vyana konsertlərində terror aktı planlaşdıran 21 yaşlı Beran A.ya qarşı "terrorizm" maddəsi ilə cinayət işi açıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İŞİD terror təşkilatına mənsub olan şübhəlinin evində qəlpəli bomba istehsal etdiyi və odlu silah əldə etməyə çalışdığı sübuta yetirilib.
İstintaq materiallarından məlum olub ki, terrorçunun hədəfləri yalnız Vyana ilə məhdudlaşmayıb; o, eyni zamanda İstanbul və Dubay kimi böyük şəhərlərdə də qanlı aksiyalar keçirməyi planlaşdırıb.
Terror təşkilatına üzvlük və partlayıcı maddə hazırlamaqda təqsirləndirilən Beran A.-nı 20 ilədək həbs cəzası gözləyir.
Teylor Svift İŞİD maqazin