IMG-LOGO

Fransada tarixi rekord - 36 gündür aramsız yağışlar yağır

18 Feb 2026 11:56 3 baxış
IMG

Fransada sürəkli yağıntılar səbəbindən tarixi rekord qeydə alınıb - yanvarın 14-dən başlayan yağışlar 36 gündür davam edir.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalının məlumatında deyilir.

"Fransada ardıcıl 36 gündür yağış yağır ki, bu da tarixi rekorddur. Yanvarın 14-dən fevralın 18-dək Fransanın Avropa ərazisinin materik hissəsində aramsız yağışlar yağıb", - telekanal qeyd edib.

Fransanın meteorologiya xidmətinin məlumatına görə, əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı, o zaman oktyabrdan noyabra qədər olan dövrdə ardıcıl 32 gün yağış yağmışdı.

Meteorologiya xidmətindən bildirilib ki, intensiv yağışlar fonunda daşqın təhlükəsinə görə ölkənin dörd departamentdə - Şarant-Maritim, Men və Luara, Jironda, eləcə də Lo və Qaronnada ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.

Xəbər lenti